2023-cü il ərzində “VTB Bank Azərbaycan”ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 187.120 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 159.775 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 27.345 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 4.367 milyon manat artaraq 74.800 milyon manat, biznes kreditləri 14.365 milyon manat artaraq 64.551 milyon manat, daşınmaz əmlak kreditləri isə 8.613 milyon manat artaraq 47.769 milyon manat təşkil edib.

Beləliklə, “VTB Bank Azərbaycan”ın kredit portfelinin 39%-dən çoxunu istehlak kreditləri təşkil edir.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 315.815 milyon dollardır. VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun üzvüdür.