Alman avtomobil istehsalçısı “Volkswagen” 2026-cı ilə qədər 10 milyard avro dəyərində qənaət etmək üçün inzibati personallarını ixtisar edə bilər.

İndex.az xəbər verir ki, “Volkswagen”də həm marka, həm də “Volkswagen Group” personalı daxil olmaqla təxminən 40 min inzibati personalın ixtisarı və milyardlarla avroluq qənaətlə bağlı iş şurası ilə danışıqların davam etdiyi bildirilib.

“Volkswagen”in 2023-cü ilin iyun ayında gəlirliliyi artırmaq üçün bu proqrama başladığı bildirilir.

“Volkswagen Group” daxilində Avropada 19, Afrikada 10 ölkədə bununla yanaşı, Amerikada, Asiyada ümumi olaraq 115 istehsal müəssisəsi ilə təxminən 676 min işçi çalışır.