ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putin müharibəni dayandırmaq üçün mümkün razılaşma çərçivəsində Ukraynaya göndəriləcək avropalı sülhməramlıları qəbul edə bilər.
İndex.az xəbər verir ki, bu barədə Tramp Rusiyanın Ukraynaya təcavüzünün 3-cü ildönümündə Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşünün əvvəlində jurnalistlərə açıqlama verərkən deyib.
Tramp Ukraynada avropalı əsgərlərdən ibarət sülhməramlı qüvvələrin olması barədə bu şəkildə açıqlama verib: "Bəli, Putin bunu qəbul edəcək. Mən Putindən bu barədə soruşdum. Baxın, bu sövdələşməni etsək, o, dünya müharibəsi istəmir".
Putinin Ukraynadakı beynəlxalq sülhməramlılarla bağlı niyə belə əhəmiyyətli fikir dəyişikliyi etdiyi aydın deyil.
