ABŞ ordusu Rusiya və Türkiyənin tələbi ilə Yunanıstandakı hərbi bazasını tərk etməyi planlaşdırmır.
İndex.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp danışıb.
Jurnalistlər ondan ABŞ ordusunun Yunanıstandakı hərbi bazasını tərk edəcəyi ilə bağlı yayılan məlumatı şərh etməyi xahiş etdikdə Tramp otaqda olan ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetə baxaraq deyib: “Belə deyil. Bu, yanlış məlumatdır”.
