“Toyota" 2024-cü ilin sonundan innovativ "steer by wire" texnologiyasını təqdim edəcək.

İndex.az xəbər verir ki, ilk dəfə “Lexus RZ”də sınaqdan keçirilən sistem sınaqlardan uğurla keçib.

Keçən il elektrikli “Lexus RZ”də göstərilən texnologiya sistemdəki bəzi problemlərə görə istifadəyə verilmədi.

Lakin şirkət sistemdə təkmilləşdirmələr etdi və sükan nisbətini 150 dərəcədən 200 dərəcəyə qaldırdı.

Yeni sistemi sınaqdan keçirən “Autocar” komandasının fikrincə, artan sükan nisbəti əvvəlkindən daha stresssiz və təhlükəsiz sürməyi təmin edir.

“Toyota”, edilən dəyişikliklərlə geriyə manevrlərin asanlaşdığını bildirir.