Noyabr ayında sürətli çatdırılma ilə "Togg", 2023-cü ildə Türkiyədə həyata keçirdiyi satışlarda "Tesla"nı geridə qoyub.

İndex.az Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) məlumatlarına görə, "Togg"un aylıq tədarükləri noyabr ayında 4 min 401 olaraq qeyd edilib.

Eyni dövrdə "Tesla"nın aylıq tədarükləri 900 olub.

Ümumi olaraq 2023-cü ildə Türkiyədə, 13 min 572 ədəd "Togg", 11 min 600 ədəd "Tesla" satılıb.