Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq.

İndex.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

"Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz", - nazir deyib.

Eyni zamanda, səhiyyə naziri qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün vahid strategiya hazırlayır.