Bir neçə "Tesla" işçisi İlon Maskın rəhbərlik etdiyi şirkətin "Cybertrucks" istehsalında üzləşdiyi əsas problemi aşkar edib.

İndex.az xəbər verir ki, "Tesla"nın batareya istehsalı "Cybertruck"a olan tələbatı ödəməyə kifayət etmir.

Belə ki, "Cybertruck"da istifadə edilən quru örtük texnologiyasına malik 4680 batareya hazırda "Tesla"nın Texasdakı "Giga" müəssisəsində istehsal olunur.

Lakin bu müəssisə hazırda ildə bu akkumulyatorlardan cəmi 24 min ədəd istehsal edir ki, bu da "Cybertruck"a olan tələbatı ödəməyə kifayət etmir.

Həcmli istehsalda bu problemin mənbəyi "Tesla"nın hələ 4680 batareya istehsalı üçün sənaye miqyasında quru örtük texnikasını inkişaf etdirməməsidir.

Digər tərəfdən, "Tesla" 4680 akkumulyator hüceyrəsini quru örtüklü anod və katodlarla mükəmməlləşdirməyə böyük əhəmiyyət verir.

Şirkətin fikrincə, bu, vaxt və xərc baxımından üstünlüklər təmin edəcək.