“Tesla” Almaniyadakı fabrikində işçilərin maaşını 4% artırıb.

İndex.az xəbər verir ki, “Tesla” dekabr ayında inflyasiyanı kompensasiya etmək üçün işçilərinə 1500 avro bonus ödəyəcək.

Fevral ayından etibarən şirkət Almaniyadakı fabrikində çalışan işçilərin illik maaşını daha 2500 avro artıracaq.

Qeyd edək ki, “Tesla” keçən il maaşları 6% artırıb.