"Tesla"nın Berlin yaxınlığındakı Qrünheydedə, meşəlik ərazidə yerləşən fabrikini genişləndirmək planına etiraz edilib.

İndex.az xəbər verir ki, nümayişçilər genişləndirmə planının meşə sahələrini məhv edəcəyini bildiriblər.

“Stop Tesla” təşəbbüsündən olan yüzlərlə etirazçı "Tesla"nın fabrikin genişləndirilməsi planına etiraz edərək, əllərində “Daha az avtomobil, daha çox yaşamaq üçün yer” yazıları ilə etiraz ediblər.

Etirazçılar tərəfindən siyasətçilərdən obyektin genişləndirilməsinə qarşı vətəndaşların səslərinə hörmət edərək, səsvermənin nəticələrində nəzərə alınması tələb olunub.

“Stop Tesla” təşəbbüsünün üzvləri meşə və suyun bir daha "Tesla"ya satılmayacağına əmin olana qədər bölgədə qalacaqlarını bildiriblər.