"Tesla" nəhayət çox gözlənilən "Cybertruck"u təqdim etdi.
İndex.az xəbər verir ki, 756 km-ə qədər məsafə təklif edən avtomobil 61.000 dollar başlanğıc qiyməti ilə satışa çıxarılır.
Üç fərqli versiyası olan pikapın arxa ötürücülü versiyası 402 kilometr məsafə qət edir.
Tam ötürücülü iki motorlu versiya 547 kilometr, üç motorlu versiya isə 515 kilometr məsafə qət edir.
"Cybertruck"un akkumulyator tutumu haqqında məlumat verilməsə də, onun 250 kVt doldurma sürətini dəstəklədiyi bildirilib. Avtomobil 15 dəqiqəlik şarjla 206 km yol qət edə bilir.
