"Tesla" avtopilot problemini həll etmək üçün 2 milyondan çox avtomobili geri çağırıb.

İndex.az xəbər verir ki, geri çağırılan avtomobillərin "Model S", "Model X", "Model 3" və "Model Y" avtomobilləri olduğu bildirilib.

"Tesla"nın avtopilot sistemi yüzlərlə qəzaya səbəb olub ki, bunlardan bəziləri ölümlə nəticələnib.

Buna görə də, tənzimləyici orqan 50-dən çox qəza ilə bağlı araşdırma başladıb.

Bayden administrasiyası "Tesla"nın avtopilot funksiyası ilə bağlı araşdırmaları sürətləndirib.