2023-cü ilin oktyabr-dekabr dövründə ABŞ-ın texnologiya şirkətlərindən olan "Microsoft" və "Google'un ana şirkəti "Alphabet"in gəlirləri artıb.

İndex.az xəbər verir ki, 2023-cü ilin oktyabr-dekabr dövründə “Microsoft”un gəliri 52,7 milyard dollardan 62 milyard dollara, “Alphabet”in gəliri isə 76 milyard dollardan 86,3 milyard dollara yüksəlib.

Şirkətin baş direktoru Sundar Piçai qazancın böyük ölçüdə süni intellekt və innovasiya hesabına olduğuna diqqət çəkib.