Enerji şirkəti "Shell"in 2023-cü ildə mənfəəti əvvəlki ilə nisbətən azalıb.

İndex.az xəbər verir ki, şirkətin 2023-cü ildə mənfəəti əvvəlki ilə nisbətən 29,1% azalaraq 28,3 milyard dollara olub.

Şirkətin 2023-cü ilin maliyyə nəticələrinə dair açıqlamasına əsasən, "Shell"in keçən ilin son rübündə mənfəəti əməliyyat performansının yaxşılaşması və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin artması nəticəsində 7,3 milyard dollar olub.

"Shell" əvvəlki rübdə 6,2 milyard dollar mənfəət əldə etmişdi.

Bununla yanaşı"Shell" 3,5 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb.

Səhmlərin geri alınması proqramının bu ilin birinci rübündə başa çatdırılması gözlənilir.