Səudiyyə Ərəbistanı milli neft şirkəti "Saudi Aramco"ya xam neft hasilatını gündəlik 1 milyon barel azaltmağı tapşırıb.
İndex.az xəbər verir ki, milli neft şirkəti "Saudi Aramco" tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, şirkət Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən maksimum dayanıqlı tutumu 1 milyon barel azaldaraq gündəlik 12 milyon barel səviyyəsində saxlamaq üçün təlimat alıb.
Şirkət 2023-cü ilin üçüncü rübü üzrə maliyyə balansında ümumi karbohidrogen hasilatının gündə 12,8 milyon barel neft ekvivalentinə çatdığını açıqlayıb.
