Bu ilin yanvar ayında Azərbaycanda metro ilə daşınan sərnişinlər ümumi sərnişindaşımanın 11,4 %-ni təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay nəqliyyatçılar ölkə üzrə ümumilikdə 157,2 milyon sərnişinə xidmət göstərib.

Sərnişinlərin 87,9 %-i avtomobil nəqliyyatı, 11,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.