"Samsung"un ağıllı üzüyü sağlamlıq proqramları ilə təmin olunacaq.

İndex.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung"un  yeni üzüyü "Galaxy Ring" ürək döyüntüsü və yuxu monitorinqi kimi sağlamlıq ölçmə xüsusiyyətləri ilə satışa çıxacaq.

"Samsung" həmçinin "Galaxy Ring"ə smartfonlarda olduğu kimi təmassız ödənişlərə imkan verəcək bir xüsusiyyət əlavə etməyi düşünür.

Ağıllı cib telefonları, televizorlar, kompüterlər, displeylər və mətbəx əşyalar kimi elektronika istehsalçısı olan "Samsung", istifadəçiyə ağıllı üzük "Galaxy Ring" ilə nə qədər məhsuldar ola biləcəyini görmək üçün bal sistemi tədbiq edəcək.

Bu məlumatlara "Samsung Health" proqramı vasitəsilə daxil olmaq olar.