"Omdia" bazar araşdırma şirkətinin məlumatlarına görə, "Samsung" "Neo QLED" məhsulları kimi premium məhsulları sayəsində 2023-cü ildə televizor bazarının lideri olub.
İndex.az xəbər verir ki, "Omdia"nın son hesabatına görə, "Samsung" 2023-cü ildə qlobal TV bazarında 30,1% bazar payı əldə edib.
Şirkət 2023-cü ildə 8,31 milyon QLED və "Neo QLED" televizor satıb.
2017-ci ildən bəri bu seqmentdə 44 milyon satış əldə edib.
"Samsung" ultra-premium TV seqmentində də liderliyini qoruyub saxlayıb.
Brend 2023-cü il rəqəmlərinə görə, ultra premium TV seqmentində 60,5% bazar payına malikdir.
Bu, onun 2022-ci ildəki bazar payından (48,3%) 12,2% çoxdur.
