Rusiya Mərkəzi Bankı siyasət faizini gözləntilərə uyğun olaraq 16% səviyyəsində saxlayıb.
İndex.az xəbər verir ki, açıqlamada bildirilib ki, il sonu inflyasiyanın 4-4,5% arasında olacağı gözlənilsə də, Rusiya iqtisadiyyatı 2023-cü ildə 3,6% ilə gözləntilərin üzərində böyüb.
Açıqlamada daxili tələbatın məhsul və xidmətlərin istehsal gücünü aşmağa davam etdiyi bildirildi.
Bankın izləyəcəyi pul siyasətinin inflyasiyadakı enişi möhkəmləndirməyə davam edəcəyi vurğulanıb.
