İngiltərə viza haqlarını artırmağı planlaşdırır.
İndex.az xəbər verir ki, Böyük Britaniyada dövlət işçiləri üçün artım qərarlarını açıqlayan Baş nazir Rişi Sunak, viza alarkən mühacirlərin viza rüsumlarının və sağlamlıq ödənişlərinin artırılacağını bildirib.
Sunak bu çərçivədə polisə 7, müəllimlərə 6,5, ümumi praktikantlara isə 6 faiz artım verildiyini, bu il artımla bağlı hökumətlə razılaşa bilməyən müəllimlərin yeni təklifdən sonra tətillərini dayandırdıqlarını bildirib.
