2023-cü il ərzində “Rabitəbank”ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 721.159 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 610.877 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 110.282 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 34.029 milyon manat artaraq 239.634 milyon manat, biznes kreditləri 40.001 milyon manat artaraq 345.405 milyon manat, daşınmaz əmlak kreditləri isə 36.252 milyon manat artaraq 136.120 milyon manat təşkil edib.

Beləliklə, “Rabitəbank”ın kredit portfelinin 47%-dən çoxunu biznes kreditləri təşkil edir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.300 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.