Ötən il ərzində "Rabitəbank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Rabitəbank"ın faiz gəlirləri 91.123 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 68.420 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 22.703 milyon manatlıq artımın olduğunu görərik.
"Rabitəbank"ın faiz xərcləri isə 2023-cü il ərzində 10.961 milyon manat artaraq 30.684 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 19.723 milyon manat olmuşdur.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.300 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.
