2023-cü il ərzində "Rabitəbank"ın depozit portfeli artıb.

İndex.az xəbər verir ki, ötən il ərzində "Rabitəbank"ın depozit portfeli 146.820 milyon manat artaraq 753.824 milyon manata yüksəlib.

İlin əvvəlində bu göstərici 607.004 milyon manat idi.

2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 128.354 milyon manat artaraq 445.386 milyon manata yüksəlib.

Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 289.972 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 18.466 milyon manat artaraq 308.438 milyon manat olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.300 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.