"Rabitəbank"ın aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, "Rabitəbank"ın aktivləri ilin əvvəlinə nəzərən 183.460 milyon manat artaraq 1.138.450 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 954.990 milyon manat təşkil edib.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb.
Onun nizamnamə kapitalı 101.300 milyon manatdır.
Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.
