Qlobal neft tələbinin bu il gündəlik təxminən 2 milyon barel artacaq. 103 milyon 500 min barrelə çatacağı gözlənilir.

İndex.az xəbər verir ki, Mərkəzi ofisi Şotlandiyada olan araşdırma və konsaltinq şirkəti "Wood Mackenzie" tərəfindən verilən açıqlamaya görə, qlobal neft tələbi 2024-cü ildə gündəlik təxminən 2 milyon barel artaraq 103 milyon 500 min barrelə çatacağı gözlənilir.

Bu artımın 25%-dən çoxunun Çindən qaynaqlanacağı bildirilib.

Hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun təklifi azaltması 2024-cü il ərzində artımı yavaşlatdığından neft təklifi tələbdən geri qala bilər.

Hesabatda həmçinin vurğulanıb ki, bu istehsal məhdudiyyəti olmadan, xüsusilə tələb artımı gözləntilərin altında qalarsa, bazar həddindən artıq təklifə meyl edə bilər.