Qızıl qiymətləri yenidən yüksələrək son həftələrin pik nöqtəsinə yaxınlaşır.
İndex.az xəbər verir ki, qızılın unsiya qiyməti bu səhər 0,1% artaraq 2,033 dollara satılıb.
ABŞ-da bu həftə açıqlanacaq inflyasiya məlumatları qızılın qiyməti üçün əhəmiyyətli olacaq.
Şəxsi istehlak xərcləri qiymət indeksində son bir ilin ən böyük artımı gözlənilir.
FED-in bu il faiz endirimi ilə bağlı bazar gözləntiləri iyun ayına təxirə salınıb.
Qeyd edək ki, qızıl ilin əvvəlindən bu günə kimi 1,4% dəyər itirib.
