2023-cü ildə qeydə alınmış iqtisadi rəqəmlərinin dəqiqləşdirilməsindən sonra ABŞ dünyanın ən böyük iqtisadiyyatı uğrunda yarışda Çinlə arasındakı fərqi artırdı.

İndex.az xəbər verir ki, ən son məlumatlar yumşaq eniş ssenariləri altında qiymətlərdə də əks olunub.

"Intel" satışlarının və mənfəətinin bu rübdə proqnozlardan aşağı düşəcəyini proqnozlaşdırdığından şirkətin səhmləri 11% ucuzlaşıb.

Tokioda inflyasiyanın 2%-dən aşağı düşdüyü barədə məlumatın yayılmasının ardınca yapon yeni zəifləyib.

Bununla yanaşı, Yaponiyanın "Nikkei 225" indeksi də dəyər itirib.

"Morgan Stanley", Çində borc, demoqrafik və deflyasiya ilə bağlı çətinliklərin birja göstəricilərinə mənfi təsir edəcəyini bildirərək, ölkədəki birjalar üçün proqnozlarını azaldıb.

Bununla da, Çin və Honq Konq birjaları dəyər itirməyə başladı.

Neft qiymətlərində isə, geosiyasi narahatlıqlar, ABŞ səhmlərinin azalması və Çində stimul gözləntilərinin nəzərə alınmaslndan sonra oktyabr ayından bəri ən güclü həftəlik artım qeydə alına bilər.