Qlobal bazarların bütün diqqəti ABŞ-da açıqlanacaq kritik FED məlumatlarına yönəlib.

İndex.az xəbər verir ki, "S&P 500" indeksi dünən günü 0,2% itki ilə bağlayıb.

Səhər saatlarında fyuçers bazarında üfüqi tendensiya müşahidə olunur.

Yapon indeksləri Asiya Sakit Okean regionunda mövqelərini itirərkən, "Nikkei 225" indeksi 0,2% azalaraq ticarətini davam etdirir.

Bununla yanaşı ABŞ-ın 10 illik istiqrazlarının faizi 4 bənd azalaraq 4,266%-ə düşüb.

FED-in seçimli fərdi istehlak xərcləri indeksinin yanvar ayı məlumatları bu gün saat 16:30-da açıqlanacaq.

Bu indeksinə aylıq 0,4%, illik isə 2,8% artacağı gözlənilir.