Qlobal bazarlarda bütün diqqətlər FED-in faiz qərarına yönəlib.

İndex.az xəbər verir ki, FED qərarı öncəsi "Nasdaq 100" fyuçersləri 0,8% dəyər itirib.

FED-in faiz qərarından əvvəl Asiya Sakit Okean fond indekslərində cüzi itkilər var.

Yaponiyanın "Nikkei" və Çinin "CSI 300" indeksləri 0,2% ucuzlaşıb.

Yapon istiqrazlarının gəlirləri, BOJ-un faiz qərarından sonra yüksəldi.

Belə ki, Yapon istiqraxlarında 10 illik gəlirlilik 3,5 əsas bənd artaraq 0,740% təşkil edib.

ABŞ-ın 10 illik istiqrazlarının faizi FED-on faiz qərarından əvvəl 4,02% səviyyəsində sabit qalıb.

Dollar isə əsasən inkişaf etmiş ölkələrin valyutaları qarşısında yüksəlir.