Qlobal bazarlarda diqqət ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına yönəlib.
İndex.az xəbər verir ki, qlobal fond indeksləri FED-in pul siyasətinin istiqaməti üçün mühüm əhəmiyyət kəsb edən ABŞ-ın inflyasiya məlumatlarının açıqlanmasını gözləyir.
Çərşənbə gününü artımla bağlayan "Wall Street" indeksləri fyuçerslərdə yüksəliş tendensiyasını davam etdirir.
Yaponiyanın "Nikkei 225" indeksi Asiyada yüksəlişə liderlik edərkən, Honkonqun "Hang Seng" və Çinin "CSI 300" indeksləri də bahalaşıb.
Məlumatlardan əvvəl ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,02% səviyyəsində sabit idi.
