ABŞ-ın iqtisadi məlumatlarının artımın yavaşlamasına işarə etməsindən sonra qızıl bahalaşıb.
İndex.az xəbər verir ki, ABŞ-da ikinci rübə olan iqtisadi artımın aşağıya doğru yenidən nəzərdən keçirilməsi və iş yerlərinin sayının 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə enməsi qızılı son 3 həftənin ən yüksək həddinə çatdırıb.
Hazırda qızılın unsiyası 1945 dollara yaxındır.
ABŞ-ın Ümumi Daxili Məhsulu ikinci rübdə azaldıqdan sonra istiqraz ucuzlaşdı və bu, FED-in mümkün faiz artımı təzyiqinin azalmasına səbəb oldu.
