Qızıl qiymətləri yenidən yüksəlişə keçib.
İndex.az xəbər verir ki, ABŞ istiqrazlarının gəlirliliyi və dolların ucuzlaşmasından sonra qızıl qiymətləri yüksəlib.
Hazırda qızılın unsiyası 0,2% artaraq 1923 dollara satılır.
ABŞ Maliyyə Nazirliyinin dünənki istiqraz hərraclarından sonra 2 illik ABŞ istiqrazlarının faizi 5 bənd azalaraq 5%-dən aşağı, 10 illik istiqrazın faizi isə 4,17 faiz-ə düşüb.
Bazarlar bu həftə açıqlanacaq kritik ABŞ məlumatlarına fokuslanıb.
