Bu həftə FED faiz qərarını açıqlanacaq deyə qızıl qiymətləri yeni həftəyə enişlə başlayıb.
İndex.az xəbər verir ki, qızılın unsiya qiyməti bu səhər 0,4% ucuzlaşaraq 2148 dollara enib.
Qeyd edək ki, qızıl ötən həftəni 1,1% azalma ilə tamamlayıb.
Bu həftə açıqlanacaq FED-in faiz qərarı qızılın hərəkətində həlledici olacaq.
Uçot dərəcələrində heç bir dəyişiklik gözlənilməsə də, FED-in qərarının hansı yöndə olacağını təxmin etmək çətindir.
