Dünən təxminən 1% ucuzlaşan qızıl qiymətləri yeni günə artımla başlayıb.
İndex.az xəbər verir ki, qızılın unsiya qiyməti 0,2% artaraq 2032 dollara yüksəlib.
Gümüş, platin və palladium da bu gün yüksəlişdədir.
Qeyd edək ki, qızıl qiymətləri, FED-in aqressiv faiz artımı dövrünün sona çatması ilə bağlı xəbərlərin yayılmasından sonra 2000 dolları keçib.
