ABŞ-da uçot dərəcəsi proqnozunu formalaşdıracaq inflyasiya məlumatları açıqlanmadan öncə qızıl qiymətləri ucuzlaşıb.
İndex.az xəbər verir ki, qızıl qiymətləri 0,3% ucuzlaşaraq 2 168,74 dollar enib.
İnvestorlar istehsalçı qiymətləri indeksinin həftənin son günlərində açıqlanmasını gözləyirlər, çünki açıqlanacaq məlumatlar FED-in gələn həftə uçot dərəcəsi ilə bağlı verəcəyi qərardan əvvəl inflyasiya ilə bağlı açıqlanan yekun rəqəmlər olacaq.
Siyasətçilərin ardıcıl beşinci görüş üçün borclanma xərclərini sabit saxlaması gözlənilsə də, bazarlar iyun ayında azalma olacağını proqnozlaşdırır.
