Qızılın unsiya qiyməti yeni həftəyə artımla başlayıb.
İndex.az xəbər verir ki, qiymətli metal 0,2% bahalaşaraq 2087 dollar ətrafında satılır.
Qızıl qiymətləri ABŞ-da zəif məlumatların təsiri ilə ilin ən yüksək səviyyələrinə yaxınlaşır.
Ötən həftə qiymətlər təxminən 50 dollar artıb.
FED-in iyun ayında faizləri aşağı salacağına dair bazar gözləntiləri də qızılı dəstəkləyir.
FED sədrinin bu həftə Konqresdə edəcəyi açıqlamalar bazarların radarında olacaq.
