Qızıl dünənki yüksəlişdən sonra dəyərini qoruyub
Yaxın Şərqdəki gərginlik səbəbiylə dünən yüksələn qızıl qiymətləri FED-in sabah keçiriləcək iclasından əvvəl qiymətini dəyişməyib.
İndex.az xəbər verir ki, FED-in sabah verəcəyi faiz qərarı qızıl qiymətlərinin hərəkətinə təsir göstərə bilər.
FED-in pul siyasətində hər hansı dəyişiklik etməsi gözlənilməsə də, faiz endirimlərinin vaxtı ilə bağlı siqnallar verməsi gözlənilir.
Qızıl dünən Yaxın Şərqdə artan gərginliyə görə bahalaşıb.
Qiymətli metal ümumilikdə yanvar ayını 1,5% azalma ilə başa vurub.
