“Qarabağ” klubunun futbolçusu Redon Cica zədələnib.

Oxu.az xəbər verir ki, 25 yaşlı hücumçu “Kəpəz”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX tur oyununda sıradan çıxıb.

Albaniyalı oyunçu əzələsini dartıb. Onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.

Qeyd edək ki, hazırda görüşdə “Kəpəz” 1:0 hesabı ilə öndədir.