2023-cü il ərzində “Premium Bank”ın kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 471.866 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 436.968 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 34.898 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 13.255 milyon manat artaraq 19.248 milyon manat, biznes kreditləri 12.731 milyon manat azalaraq 385.638 milyon manat, daşınmaz əmlak kreditləri isə 34.373 milyon manat artaraq 66.979 milyon manat təşkil edib.
Beləliklə, “Premium Bank”ın kredit portfelinin 81%-dən çoxunu biznes kreditləri təşkil edir.
Xatırladaq ki, “Premium Bank” 1994–cü ildən ”Azal Səhmdar Kommersiya Bankı” adı altında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 154.601 milyon manatdır. 2008-ci ildən etibarən onun hüquqi varisi olaraq “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir.
