Ötən il ərzində "Premium Bank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Premium Bank"ın faiz gəlirləri 31.784 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 30.711 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 1.073 milyon manatlıq artımın olduğunu görərik.
"Premium Bank"ın faiz xərcləri isə 2023-cü il ərzində 752 min manat artaraq 10.695 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 9.943 milyon manat olmuşdur.
Xatırladaq ki, “Premium Bank” 1994–cü ildən ”Azal Səhmdar Kommersiya Bankı” adı altında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 154.601 milyon manatdır. 2008-ci ildən etibarən onun hüquqi varisi olaraq “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir.
