2023-cü il ərzində "Premium Bank"ın depozit portfeli azalıb.
İndex.az xəbər verir ki, ötən il ərzində "Premium Bank"ın depozit portfeli 39.720 milyon manat azalaraq 426.770 milyon manata enib.
İlin əvvəlində bu göstərici 466.490 milyon manat idi.
2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 9.806 milyon manat azalaraq 330.857 milyon manata enib.
Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 125.827 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 31.914 milyon manat azalaraq 93.913 milyon manat olub.
Xatırladaq ki, “Premium Bank” 1994–cü ildən ”Azal Səhmdar Kommersiya Bankı” adı altında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 154.601 milyon manatdır. 2008-ci ildən etibarən onun hüquqi varisi olaraq “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir.
