"Premium Bank"ın aktivləri 2023-cü il ərzində azalıb.
İndex.az xəbər verir ki, "Premium Bank"ın aktivləri ilin əvvəlinə nəzərən 14.846 milyon manat azalaraq 677.356 milyon manata enib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 692.202 milyon manat təşkil edib.
Xatırladaq ki, “Premium Bank” 1994–cü ildən ”Azal Səhmdar Kommersiya Bankı” adı altında fəaliyyətə başlayıb.
Onun nizamnamə kapitalı 154.601 milyon manatdır.
2008-ci ildən etibarən onun hüquqi varisi olaraq “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir.
