2023-cü il ərzində "PAŞA Bank"ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 2.835.443 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 2.728.064 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 107.379 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 184.874 milyon manat azalaraq 85.675 milyon manat, biznes kreditləri 248.090 milyon manat artaraq 2.594.324 milyon manat, daşınmaz əmlak kreditləri isə 44.164 milyon manat artaraq 155.445 milyon manat təşkil edib.

Beləliklə, "PAŞA Bank"ın kredit portfelinin 91%-dən çoxunu biznes kreditləri təşkil edir.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 782.706 milyon manatdır. Bankın səhmlərinin 56,8195%-i “PASHA Holding” MMC-ə, 28,1796%-i BLESS MMC-ə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i Mir Camal Paşayevə məxsusdur.