2023-cü ildə ən çox qol vurmuş afrikalı futbolçular açıqlanıb.

Siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası hazırlayıb.

Birinci pillədə ABŞ-nin "Los-Anceles" komandasında çıxış edən qabonlu Denis Buanqa qərarlaşıb. O, millidə və klubunda 40 qola imza atıb.

İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah (36 qol) ikinci sıradadır.

Qətərin "Əl-Duhail" kollektivindən kenyalı Maykl Olunqa və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Ain"dən toqolu Kodjo Fo-Doh Laba (hər ikisi 35 qol) növbəti mövqelərdə yer alıblar.