Bu ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 167 ədəd və ya 71,1 % çoxdur. Nəticədə bu ilin fevralın 1-nə 244 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu il yanvar ayında Azərbaycanda 38,2 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,8 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə artıb.
Hesabat ayında Azərbaycanda 30 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk ilə müqayisədə 34,8 % azdır. Bu ilin fevralın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar ayında ölkədə 56 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 7 dəfə çoxdur. Bu ilin fevralın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.
