Səudiyyə Ərəbistanı, Rusiya və bəzi OPEC+ istehsalçıları könüllü xam neft tədarükünün kəsilməsi prosesini iyun ayının sonuna qədər uzatmaq qərarına gəliblər.
İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlətə məxsus "Səudiyyə Mətbuat Agentliyi"nin Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı gündəlik könüllü 1 milyon barel xam neft hasilatını ikinci rübün sonuna qədər uzadacaq.
Açıqlamada qeyd edilib ki, Ər-Riyadın xam neft hasilatı iyun ayının sonuna qədər gündəlik təxminən 9 milyon barel olacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət agentliyinə istinadən xəbər verir ki, Rusiya iyunun sonuna qədər hasilatı və ixracatını sutkada təxminən 471 min barel azaldacaq.
Moskva birinci rübdə tədarükünü gündəlik 500 min bareldən çox azaltmaq üçün könüllü olmuşdu.
OPEC-in əsas istehsalçıları İraq və BƏƏ-yə məxsus dövlət xəbər agentliklərinin yaydığı məlumata görə, könüllü olaraq gündəlik 220 min barel və 163 min barellik hasilatın azaldılması prosesini ikinci rübün sonuna qədər uzadacaqlar.
