"Neft İxrac Edən Ölkələr Təşkilatı"nın (OPEC) xam neft hasilatı İraqın istehsal kvotasını aşması ilə ötən ayla müqayisədə fevral ayında gündəlik 203 min barrel artaraq təxminən 26 milyon 570 min barelə çatıb.

İndex.az xəbər verir ki, OPEC-in neft bazarı hesabatına görə, Bağdad OPEC-in yeni tədarük razılaşmasının ikinci ayı olan fevral ayında gündəlik hasilatı cəmi 14 min barrel azaldaraq, gündəlik orta hesabla 4,2 milyon barrelə çatdırıb.

Bu, ölkədə hasilatın razılaşdırılmış həddən yuxarı qalmasına səbəb olub.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və onun müttəfiqləri qlobal bolluğu aradan qaldırmaq və xam neft qiymətlərini dəstəkləmək üçün təklifi azaltmağa söz veriblər.