Kriptovalyuta bazarının ən böyük birjalarından biri olan OKX, "Zcash" (ZEC) və "Monero" (XMR) kimi məxfiliyə yönəlmiş əsas kriptovalyutalar da daxil olmaqla bir neçə kriptovalyutanın ticarətini dayandırmaq barədə qərar verib.
İndex.az xəbər verir ki, OKX tərəfindən bu gün edilən açıqlamada, ZEC və XMR ilə birlikdə DASH, CVP və ZEN aktivlərinin siyahı meyarlarına uyğun gəlmədiyi səbəbiylə 5 yanvar tarixindən etibarən platformadan çıxarılacağı açıqlanıb.
Hal-hazırda bu kriptovalyutalar üçün depozitlər bağlı olsa da, 5 mart 2024-cü ilə qədər pul çıxarılmasının mümkün olduğu bildirilib.
OKX həmçinin bildirdi ki, KSM, FLOW, KNC və ANT aktivləri ilə birlikdə bu məxfiliyə yönəlmiş kriptovalyutaların ticarəti dayandırılacaq.
Açıqlamadan sonra ZEC və ZEN 10%, XMR isə təxminən 4% dəyər itirib.
