"Nvidia" GTC konfransında yeni süni intellekti olan "Blackwell"i təqdim edib.
İndex.az xəbər verir ki, "OpenAI", "Microsoft", "Amazon", "Meta", "Google", "Tesla" və digər iri şirkətlər "Blackwell" üçün artıq növbəyə durublar.
"Blackwell B200", "Hopper H100" digər süni intellektlərə nisbətən 5 dəfə daha çox performans artımı təklif edir. Bununla da, "Nvidia" dünyanın ən dəyərli üçüncü şirkəti olub.
"Nvidia"nın təqdim etdiyi yeni texnologiya, 208 milyard tranzistora, 192 GB super sürətli HBM3E yaddaşa və 1,8 TB/saniyə sürətində iki istiqamətli məlumat axınına sahibdir.
