"Nvidia"nın səhmləri sürətlə yüksəlməyə başlayıb.
İndex.az xəbər verir ki, süni intellektə olan inanılmaz tələbatı qarşılamaq üçün mübarizə aparan "Nvidia"nın bazar dəyəri 1,7 trilyon dolları ötüb.
"Nvidia"nın səhmləri təxminən 693 dollara yüksəlib.
Beləliklə, "Nvidia" ilin əvvəlindən bəri 44% böyüyüb.
"Nvidia" bu sürəti qoruyub saxlasa, tezliklə "Amazon" və "Alphabet"i (Google) ötəcək.
